Ulduz oyunçunun atası həbs olundu: Məşqçini bıçaqlayıb
“Boston Seltiks”in lideri Ceylen Braunun atası, sabiq boksçu Marselles Braun qətl cəhdində ittiham edilərək həbs olunub.
Aut.az TMZ-yə istinadən xəbər verir ki, Braun uşaq futbol komandası məşqçisini bıçaqlamaqla suçlanır.
Hadisə parkda avtomobil yeri üstündə mübahisə zamanı baş verib. Məlumata görə, qarşıdurma zamanı Marselles bıçaq çıxararaq məşqçiyə qarın nahiyəsindən zərbə vurub.
Polisin hesabatına görə, zərərçəkənin qız yoldaşı bildirib ki, Braun avtomobili ilə onların maşınına dəydikdən sonra aqressiv davranmağa başlayıb. İki tərəf əvvəlcə barışsa da, zərərçəkən arxasını Braun tərəfə tutduqda, o, bıçaq çıxarıb zərbə vurub.
Hazırda zərərçəkənin vəziyyəti kritik qiymətləndirilir.
Aut.az
