Sahibi məşhur klubu satır: Artıq 80 yaşım var
İtaliyanın “Virtus Bolonya” basketbol klubunun prezidenti və sahibi Massimo Zanetti komandanın satılması ilə bağlı təkliflərə açıq olduğunu, lakin alıcı tapılmadığı təqdirdə işi davam etdirmək niyyətini də təsdiqlədiyini bildirib.
Aut.az xəbər verir ki, “Sportando” Zanettidən sitat gətirib:
“Əgər kimsə “Virtus”u almaq istəyirsə, onun istəyi və resursları varsa, mən oturub qulaq asacağam. Artıq izah etdiyim kimi, klub mənimdir və əgər başqa heç kim mənim yerimi tutmasa, daha bir il, bəlkə də daha uzun müddətə sahib olacağam. Bununla belə, artıq 80 yaşım var, ona görə də hər hansı təklifi nəzərdən keçirəcəyəm.
Hər şey irəliləyir, növbəti mövsüm üçün planlar qururuq və daha yaxşı lisenziya almaq üçün Avroliqa ilə danışıqlar aparırıq”.
Aut.az
