Basketbol

“Naxçıvan” “Quba”nı məğlub etdi

Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun keçirilib.

Aut.az xəbər verir ki, B qrupunun matçında “Quba” ilə qarşılaşan “Naxçıvan” 82:70 hesabı ilə qalib gəlib.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Qeyd edək ki, turun ötən gün baş tutan “Lənkəran” – “Ordu” qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb – 103:63.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.