Artetadan etiraf: “Real”la oyundan əvvəl Qvardiolaya zəng edibmiş
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Real Madrid”lə oyundan əvvəl Pep Qvardiolaya zəng etdiyini etiraf edib.
Aut.az xəbər verir ki, Arteta bu barədə mətbuat konfransında bildirib.
Aprelin 16-da “topçular” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real Madrid”i məğlub edərək turnirin yarımfinalına yüksəlib.
“Bu səhər “Real”la oyundan əvvəl Qvardiolaya zəng etdim, çünki əminəm ki, indi olduğum yerdə böyük ölçüdə onun sayəsindəyəm.
Bir oyunçu və məşqçi kimi o, mənim üçün ilham mənbəyi idi və mənə inanan, məni ikinci məşqçi kimi komandaya daxil etmək qərarına gələn də o idi.
Mən onunla “Mançester Siti”də dörd gözəl il keçirmişəm. Ona həmişə minnətdar olacağam, əks halda mən burada olmazdım”, – deyə Artetanın sözlərini “Daily Mail” sitat gətirib.
Aut.az
