Konfrans Liqası

Konfrans Liqası: Yarımfinala hansı komandalar yüksələcək?

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Aut.az xəbər verir ki, bütün qarşılaşmalar bir gün ərzində baş tutacaq.

Günün ilk matçı İtaliyada baş tutacaq. Sloveniyada “Selye”ni məğlub edən (2:1) “Fiorentina” doğma divarlar arasında növbəti mərhələyə adlamağa çalışacaq.

Turnirin aşkar favoriti hesab edilən “Çelsi” “Legiya”nı qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən “zadəganlar”ın üstünlüyü əldən verəcəyi real görünmür.

Favoritlər sırasında olan “Betis” də Polşa səfərində “Yaqelloniya” üzərində qazanılan qələbənin (2:0) üstünlüyü ilə meydana çıxacaq.

Digər qarşılaşmada Avstriya “Rapid”i ilə İsveçin “Yurqorden” komandaları üz-üz gələcək. Bu komandalar arasında keçirilən ilk görüşdə avstriyalılar minimal hesablı qələbə qazanıb.

UEFA Konfrans Liqası: 1,4 final, cavab oyunları
17 aprel
20:45 Fiorentina – Selye (ilk oyun 2:1)
23:00 Çelsi – Legiya (ilk oyun 3:0)
23:00 Betis – Yaqelloniya (ilk oyun 2:0)
23:00 Rapid – Yurqorden (ilk oyun 1:0)