“Beşiktaş”a qarşı yenə də oynamayacaq
Kiyev “Dinamo”sunun cinah oyunçusu Andrey Yarmolenko Konfrans Liqasının pley-off mərhələsinin “Beşiktaş”la cavab oyununda komandasına kömək edə bilməyəcək.
Aut.az xəbər verir ki, kiyevlilərin rəsmi saytının yaydığı xəbərə görə, təcrübəli oyunçu dizinin daxili yan bağından qismən zədə alıb. Onun dəqiq sağalma vaxtı hələ məlum deyil.
Qeyd edək ki, bu zədə səbəbindən Yarmolenko “Beşiktaş”la ilk görüşdə də meydana çıxmayıb.
Bundan əvvəl Andreyin müayinə üçün xarici klinikaya getdiyi bildirilirdi.
“Beşiktaş” – “Dinamo” matçı avqustun 31-də İstanbulda, saat 22:00-da başlayacaq. İlk görüşdə kiyevlilər 2:3 hesabı ilə məğlub olublar.
Aut.az
