Fransanı heyrətləndirən gürcü “Ayaks”da
Fransanın “Metz” klubunun hücumçusu Corc Mikotadze tezliklə “Ayaks”ın futbolçusu ola bilər.
Aut.az xəbər verir ki, jurnalist Robin Bernerin sözlərinə görə, gürcü futbolçu bonuslar da daxil olmaqla 20 milyon avroya Niderland klubuna keçməyə yaxındır.
“De Telegraaf”ın məlumatına görə, 22 yaşlı futbolçu müqavilənin şərtləri ilə bağlı “Ayaks”la şifahi razılığa gəlib və bu gün Amsterdamda tibbi müayinədən keçəcək.
Mikotadze “Mets”in heyətində 45 matçda 26 qol vurub və 10 məhsuldar ötürmə verib.
Futbolçu Gürcüstan millisində 16 oyun keçirib və 4 qol vurub.
Aut.az
