Dünya futbolu

Özü ilə fəxr edir: Haaland kimi vəhşiləri arxada qoyuram

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo öz çıxışını dəyərləndirib.

“Bu mövsüm ən çox qol vuran mən idim. Təsəvvür edin ki, Haaland kimi gənc vəhşiləri arxada qoyuram… Mən bununla fəxr edirəm. Və tezliklə 39 yaşım olacaq!

İnsanların məndən şübhələnməsi və sonra uğur qazanmağı xoşlayıram. Tənqid mənə təsir etmir”, – jurnalist Fabritsio  Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Ronaldonun sözlərini sitat gətirib.

Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə 38 yaşlı Kriştianu Ronaldo 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Ümumilikdə Ronaldo 2023-cü ildə 53 qol vuraraq dünyanın ən yaxşı bombardiri olub. “Mançester Siti”nin hücumçusu Erlinq Haaland 50 qola imza atıb.

Aut.az