“Qarabağ”ın Konfrans Liqasında potensial rəqibləri bəlli oldu
“Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA-ya (Bolqarıstan) məğlub olarsa, mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Aut.az xəbər verir ki, “atlılar” burda III təsnifatda “Dinamo” (Kiyev) – PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
“Qarabağ” burda ilk oyunu səfərdə keçirəcək.
