Konfrans Liqası: Azərbaycan klublarının səfər oyunları fərqli günlərdə olacaq
Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək RFŞ – “Sabah” oyununun keçirilmə vaxtı məlum olub.
Aut.az xəbər verir ki, Yurmalada baş tutacaq görüş iyulun 26-da olacaq. Görüşə saat 20:00-da start veriləcək.
“Neftçi” isə iyulun 27-də Bosniya və Herseqovinada “Jelezniçar”ın qonağı olacaq. “Qəbələ”nin “Omoniya” ilə ev oyunu da 27-də olacaq.
Azərbaycan təmsilçilərinin cavab görüşləri avqustun 3-də keçiriləcək.
