Ten Haq bu tarixdə qovulacaq – ŞOK İDDİA
“Bayer Leverkuzen”in rəhbərliyi Almaniya çempionatının 2-ci turunda “Verder”ə qarşı keçiriləcək oyunun nəticəsindən sonra baş məşqçi Erik ten Haqın gələcəyini müzakirə edəcək.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin məlumatına əsasən, niderlandlı mütəxəssisin istefası yığmaların oyunları üçün nəzərdə tutulan sentyabr fasiləsində reallaşa bilər. Bildirilir ki, klub daxilində gərginlik artır. “Bayer” rəhbərliyi hesab edir ki, ten Haqın sərəncamında Bundesliqanın liderlərindən geri qalmamaq üçün kifayət qədər güclü heyət var.
55 yaşlı mütəxəssis bu yay Leverkuzen klubunun baş məşqçisi təyin olunub. Almaniya çempionatının ilk turunda “Bayer” “Hoffenhaym”a 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Verder” ilə matç avqustun 30-da baş tutacaq.
