Noyer millinin düşərgəsini tərk etdi
“Bavariya”nın kapitanı Manuel Noyer Almaniya millisinin qarşıdakı yoldaşlıq görüşlərini buraxacaq.
Aut.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, Noyer milli ilə məşq zamanı zədələnib. Ona adduktor əzələ gərginliyi diaqnozu qoyulub.
Fransa (23 mart) və Niderland (26 mart) ilə oyunları buraxacaq qolkiper “Bavariya”ya qayıdacaq. Klub 37 yaşlı Noyerin sağalma müddəti ilə bağlı məlumat açıqlamayıb.
