İngiltərəTürkiyə

“Yunayted”in ulduzu “Qalatasaray”a keçir

“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Kristian Eriksen yaxın vaxtlarda icarə əsasında Türkiyə “Qalatasaray”ına keçə bilər.

Aut.az xəbər verir ki, b u barədə “Fotomac” məlumat yayıb.

Mənbənin sözlərinə görə, icarə müqaviləsində satınalma opsionu da yer alacaq.

Tərəflər müqavilənin bütün şərtlərini razılaşdıra bilsələr, çempionatda transfer pəncərəsi fevralın 9-da bağlandığından, danimarkalı futbolçu dərhal Türkiyəyə uçacaq.

Xatırladaq ki, bu mövsüm Eriksen bütün turnirlərdə 19 matçda iştirak edib və bir qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 13 milyon avrodur.

Aut.az