Bekker Salahla bağlı danışdı: Olmaması onun etdiklərinin nəticəsidir
“Liverpul”un qapıçısı Alisson Becker Məhəmməd Salahlın komandadan kənar qalmasına münasibət bildirib .
Aut.az xəbər verir ki, o, məsələnin şəxsi olduğunu, daxildə həll olunacağını vurğulayıb:
“Oyun üçün hazır olmaması onun etdiklərinin nəticəsidir. O, kifayət qədər ağıllıdır və bunu özü də bilir.
Onunla istədiyim kimi hələ danışmamışam. Bizim yaxşı münasibətimiz var, yalnız komanda yoldaşı deyilik, bir yerdə çox vaxt keçiririk.
Biz yaxşı dostuq. Birlikdə çoxlu anlar yaşayırıq – sevinc də, kədər də. Bu isə insanlar arasında bağ yaradır. Onunla danışacağam, amma bu söhbət şəxsi məsələ olduğuna görə gizli saxlanılacaq”.
Qeyd edək ki, “Liverpul” bu gün UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində “İnter”in qonağı olacaq.
Aut.az
