İngiltərə

Ərəblərin Salaha təklif etdiyi müqavilə üzə çıxdı: Görün nə qədər qazana bilərdi

“Liverpul”la müqaviləsini yeniləyən Məhəmməd Salah Səudiyyə Ərəbistanından gələn fantastik təklifi rədd etdiyi məlum olub.

Aut.az xəbər verir ki, bu barədə “Transferfeed” məlumat yayıb.

Bildirilir ki, misirli ulduz “Əl-Hilal” klubundan böyük təklifi alıb. Misirliyə 30 milyon avroluq imza bonusu, 77 milyon avro maaş və əlavə bonuslar vəd edilib. Bir mövsümdə Ərəbistanda ümimi olaraq 150 milyon avro qazanmaq imkanı olsa da, o, İngiltərədə qalmaq qərarına gəlib.

Qeyd edək ki, Salah bu mövsüm 47 matçda 32 qol vurub və 23 məhsuldar ötürmə edib.

Aut.az