İngiltərə

Ailəmə toxunma: Münaqişənin səbəbi bəlli oldu

“Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uokerin İngiltərə çempionatının 23-cü turunda (1:3) “Brentford”un hücumçusu Nil Maupaya qarşı göstərdiyi aqressiv reaksiyanın səbəbi bəlli olub.

Aut.az xəbər verir ki, “arılar”ın forvardı ingilis ailəsini təhqir etdi. Bu barədə “Daily Mail” məlumat yayıb. Mənbənin sözlərinə görə, hadisəni təhlil etmək üçün dodaq oxuyan mütəxəssislərə müraciət olunub.

Görüşün 82-ci dəqiqəsində Uolker hakim Jarred Gillettə yaxınlaşaraq deyib:

“Mən onu [Maupay] nokaut edəcəyəm. Hakim, mənim uşaqlarımdan danışdı, onlardan danışdı və bunu bir yox, iki dəfə etdi”.

Öz növbəsində onlara yaxınlaşan Maupay deyib:

“Mən bunu etməmişəm. Hər şey yaxşıdır. Onun dedikləri yalandır. Bu ədalətsizlikdir və mən bunu olduğu kimi deyirəm”.

Futbolçuların bu sözlərinə cavab olaraq qarşılaşmanın baş hakimi Gillette onlardan matçın sonuna qədər gözləməyi və problemi sonra çözməyi xahiş edib.

Aut.az