İngiltərəAlmaniya

Premyer Liqa klubları onu hədəfə aldı: “Bavariya” əl-ayağa düşdü

“Bavariya” İngiltərə nəhənglərinin marağına görə Maykl Olise ilə müqaviləni uzatmaq istəyir.

Aut.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu cinah oyunçusu ilə Premyer Liqanın bir neçə top klublarının, xüsusən də “Liverpul”un maraqlandığını bilir. “Bavariya” futbolçunun hazırda 2029-cu ilə qədər olan müqaviləsini uzatmaq üzərində işləyir.

Fransız futbolçu hazırda mövsümdə təxminən 12 milyon avro qazanır, bu rəqəm bonuslar hesabına 16 milyon avroya yüksələ bilər. “Bavariya” rəhbərliyi futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalamaq və maaşını artırmaq istəyir. Klubun müşahidə şurası  bu məsələdə  idman direktoru Maks Eberlə dəstək verir.

Olish bu mövsüm Bundesliqada beş matç keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az