Almaniya nəhəngi də bu gürcünü istəyir
“Valensiya”nın qapıçısı Georgi Mamardaşvili daha bir Avropa nəhənginin hədəfinə düşüb.
Aut.az xəbər verir ki, söhbət Almaniya çempionu “Bayern”dən gedir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Münhen klubu qapı xəttini gücləndirmək istəyir. Hazırda klub rəhbərliyi mümkün variantları nəzərdən keçirir. Onlar arasında üstünlük Georgidədir. 22 yaşlı qokiperin bu yay “pivəçilər”in düşərgəsinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Mamardaşvili “Atletiko”, “Vilyarreal”, “Aston Villa”, “Porto” və “Tottenhem” kimi klubların transfer siyahısında yer alıb. “Valensiya” onun satışından 100 milyon avro qazanmaq istəyir.
