İtaliya

O da ərəblərdən təklif aldı, amma…

“Roma”nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanından aldığı təklifi qəbul etməyib.

Aut.az xəbər verir ki, Dibalanın xidmətində “Əl-Hilal” maraqlı idi.

Ər-Riyad klubu 29 yaşlı argentinalının transferi üçün “Roma”ya 12 milyon avro ödəməyə hazır idi. Dibalanın maaşı hazırda İtaliyanın paytaxtında aldığından çox olacaqdı. “Qurdlar” Dibalaya mövsümdə təxminən 6 milyon avro ödəyir.

Lakin Paulo Dybala bundan imtina edib. O, karyerasını “Roma”da davam etdirmək istəyir.

Aut.az