İtaliya

Karyeramı bitirmək mənim üçün azadlıq, sevinc idi: Baccio səbəbini də dedi

İtaliya futbolunun əfsanəsi Roberto Baccio karyerasını bitirməzdən əvvəl ayağındakı problemlərdən danışıb.

Aut.az xəbər verir ki, Baccio bu barədə İtaliya mətbuatına danışıb.

“Məşqdən sonra maşınla evə gedirdim. Breşiadan evə bir saatlıq yol idi.  Amma maşından düşəndə qatlanmış ayağımı aça bilmirdim.

Həyat yoldaşım Andreina hər şeyi bilirdi. O, evdən çıxıb maşından düşmək üçün mənə kömək edirdi..

Sonda karyeramı bitirmək mənim üçün azadlıq, əsl sevinc idi”, – karyerasını “Breşiya”da başa vuran “Yuventus”, “Milan” və İtaliya yığmasının sabiq futbolçusu deyib.

Aut.az