Şifahi razılıq əldə edildi: “İnter”ə keçir
Luis Enrike “İnter”ə keçməyə hazır olduğunu bildirib.
Aut.az “Foot Mercato”ya istinadən xəbər verir ki, 23 yaşlı braziliyalı vinger və İtaliya klubu transferlə bağlı şifahi razılıq əldə edib.
Futbolçunun “Marsel”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Daha əvvəl bildirilmişdi ki, Fransa klubu transfer üçün bonuslar daxil olmaqla 30-35 milyon avro istəyir.
Luis Enrike bu mövsüm Liqa 1-də 30 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
