Ərəblərin Salaha görə ödəmək istədikləri fantastik məbləğ açıqlandı
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salahla müqavilə imzalamaqdan ümidini üzmür.
Aut.az xəbər veririk, “The Athletic”in yazdığına görə, Ciddə klubu bombardir üçün mersisaydlılara 200 milyon funt-sterlinq təklif etməyə və təbii ki, maaş baxımından futbolçunun özünü razı salmağa hazırdır.
Qeyd edək ki, Salah yanvarda Afrika Millətlər Kubokunda, Qana ilə 2-ci tur matçında zədələnib. Liderləri olmadan, fironlar pley-offda DR Konqoya penaltilər seriyasında məğlub oldular.
Salaha gəlincə, bu mövsüm forvard “Liverpul”un heyətində bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.
Aut.az
