İngiltərə

“Arsenal” adındakı hərf sayəsində “Çelsi”ni qabaqlayır

“Arsenal” komanda adındakı hərf sayəsində Premyer Liqanın turnir cədvəlində “Çelsi”ni qabaqlayır.

Aut.az xəbər verir ki, hər iki London klubu İngiltərə çempionatının 13 turundan sonra eyni nəticələrə malikdir: hərəyə 25 xal (yeddi qələbə, dörd heç-heçə, iki məğlubiyyət) 26:14 top fərqi. Premyer Liqanın reqlamentinə əsasən , belə hallarda adı ingilis əlifbasının ən erkən hərfi ilə başlayan komanda daha yüksək yer tutur.

Beləliklə, “Arsenal” (A) turnir cədvəlində ikinci, “Çelsi” (C) isə üçüncü pillədə qərarlaşıb.

Növbəti turda “topçular” “Mançester Yunayted”i qəbul edəcək, “Çelsi” isə səfərdə “Sauthempton”la qarşılaşacaq.

Aut.az