İngiltərə

Böyüyüb, gözləməyə vaxtı yoxdur

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının cari mövsüm üçün ambisiyaları haqda danışıb.

“Mən Liqa Kubokunu, İngiltərə Kubokunu və Premyer Liqanı qazanmaq istəyirəm. “Tottenhem”də bunu dediyimi düşünmürəm, amma gələcəkdə kuboklar qazanmaq istədiyimi demişdim.

Hər turnirdə, hər kubokda qalib olmaq istəyirəm. Mən qazanmaq istəyirəm. Böyümüşəm, gözləməyə vaxtım yoxdur. Bütün düşüncəm, fikrim qalib gəlməkdir. Bu fikri futbolçulara və heyətimə çatdırmaq istəyirəm”, – Poçettino mətbuat konfransında deyib.

Aut.az