İngiltərə

Arteta üçün son şans: Tarixə düşmək üçün

“Arsenal” öz meydanında “Liverpul”u məğlub edərək (3:1) çempionluq yarışında mersisaydlılarla xal fərqini ikiyə endirib.

Aut.az xəbər verir ki, “topçular” bu mövsüm çempion olmağı bacarsa, baş məşqçi Mikel Arteta Premyer Liqa tarixinə düşəcək .

Hazırda turniri qazanan ən gənc baş məşqçi 2004/05 mövsümündə 42 yaş 94 gün olarkən “Çelsi” ilə bunu bacaran Joze Mourinyodur. Martın 26-da Artetanın 42 yaşı tamam olacaq və ispaniyalının Mourinyonun rekordunu qırmaq imkanı var.