İngiltərə

Arteta rəqib həmkarlarını necə aldadır?

“Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, “topçular”ın baş məşqçisi Mikel Artetanın rəqib həmkarlarını necə aldasmasından danışıb:

“Məşqçi rəqibini aldatmağı xoşlayır. O, zədəli futbolçulara deyir ki, rəqib komandanın baş məşqçisini çaşdırmaq üçün klub avtobusuna minib paltardəyişmə otağına çantalarla getsinlər”.

Qeyd dək ki, Premyer Liqanın 11 turundan sonra 19 xalla “Arsenal” “Çelsi”, “Nottingem Forest” və “Brayton”la 3-6-cı yerləri bölüşür.

Aut.az