Ən çətini bacardı: Topu boş qapıya vura bilmədi – VİDEO
Noyabrın 19-dan 20-nə keçən gecə Cənubi Amerika zonasında dünya çempionatının seçmə mərhələsinin 12-ci turunun oyunları keçirilib.
Aut.az xəbər verir ki, Kolumbiya millisi öz meydanında Ekvadorla qarşılaşıb.
Oyun meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Ekvador hesabda öndə olarkən azarkeşləri çaş-baş salan epizod baş verib.
Kolumbiya millisinin hücumçusu Con Kordoba anti-qəhrəman olub.
Futbolçu 28-ci dəqiqədə bir neçə metrlikdən top boş qapıya vura bilməyib.
Aut.az
