Dünya futbolu

Azərbaycanlı futbolçu oynadı?

Azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” klubu Şimali Makedoniyadakı təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib.

Aut.az xəbər verir ki, Vüsalın komandası Albaniyanın digər təmsilçisi “Dinamo Siti” ilə qarşılaşıb.

Görüş “Partizani”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal bu matçda meydana start heyətində çıxıb.