Dünya futbolu

“Əl-Nəsr” ulduz futbolçudan əl çəkmir: Yenidən hərəkətə keçdilər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Mançester Yunayted”in kapitanı və yarımmüdafiəçisi Bruno Fernandeslə əlaqə saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

Mənbəyə görə, “Əl-Nəsr” 30 yaşlı futbolçunu bu yay transfer etmək niyyətindədir. Komandanın baş məşqçisi Jorje Jezuş “Sportinq”də debüt etdirdiyi Fernandeşlə yenidən işləməyi arzulayır.

Məlumatda qeyd olunur ki, maliyyə məsələsi Ər-Riyad təmsilçisi üçün problem deyil.

Geridə qalan mövsümdə Bruno Fernandes bütün turnirlərdə 57 oyunda iştirak edib, 19 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Aut.az