Dünya futbolu

Məhkəmə Fələstinə dəstək olan futbolçuyla bağlı qərar verdi: Həbs olunacaq

“Yəhudilərin Qara Günü” adlı çağırış videosu yaydığına görə mühakimə olunan “Nitsa”nın əlcəzairli müdafiəçisi Yusif Atalla bağlı qərar verilib.

Aut.az xəbər verir ki, nifrətin qızışdırılmasına görə 8 aylar həbs cəzası verilib. Bu barədə “L’Equipe” məlumat yayıb

Bundan əlavə, o, 45 min avro cərimə də ödəməli olacaq.

Xatırladaq ki, Atal 2023-cü il oktyabrın 14-də “yəhudilər üçün qara gün” adlı video yayımlamışdı. Daha sonra o, paylaşımı silib və üzrxahlıq edib. Buna baxmayaraq, “Nitsa” onu əvvəlcə məşqlərdən daha sonra isə klubdan uzaqlaşdırıb.

Bundan əlavə, Yusif Fransa Peşəkar Futbol Liqasının İntizam Komissiyası tərəfindən 7 oyunluq cəza alıb. Noyabrda isə futbolçu polis tərəfindən həbs edilib.

Qeyd edək ki, 27 yaşlı Atal gələn həftə Kot-d’İvuarda başlayacaq Afrika Millətlər Kuboku üçün Əlcəzair millisinə çağırılıb.