İspaniya

Özü yaxşıdır, ətrafı pis?

“Real” PSJ-nin hücumçusu Kylian Mbappeyə güvənir, lakin onun ətrafına yox.

Aut.az xəbər verir ki, jurnalist Xosep Pedrerolun bu iddiayla məlumat dərc edib. 

Onun sözlərinə görə, Madrid klubu fransalı hücumçuya yaxın olan şəxslərin Paris klubunun qətərli sahiblərinin təsirinə tab gətirə bilməcəyindən ehtiyat edir.

Xatırladaq ki, daha əvvəl “Real”ın Kilian Mbappeni transfer etmək üçün yeni plan hazırladığı və tezliklə onu həyata keçirməyə başlayacağı barədə xəbərlər yayılmışdı. Yanvarın 1-dən etibarən fransalı hücumçu bu yay azad agent kimi qoşulmaq üçün istənilən başqa klubla ilkin müqavilələr bağlaya bilər.