Mbappe ilə bağlı şok iddia – Bu kluba keçir?
25 yaşlı fransalı hücumçu Kilian Mbappe tezliklə “Real”ı tərk edə bilər.
Aut.az xəbər verir ki, bu iddia ilə “Defensacentral” çıxış edib.
Mbappe PSJ-dən keçdiyi Madrid klubunda özünü xoşbəxt hiss etmir. İngiltərənin ən titullu klubu “Liverpul” bundan yararlanmağa hazırdır. “Qırmızılar” “transfer bombası” hazırlayır. Premyer Liqa nəhəngi fransız forvard üçün “Real”a 150 milyon avro təklif edəcək.
Mbappe bu mövsüm La Liqada Madrid təmsilçisinin heyətində 10 oyuna çıxıb və 6 qol vurub.
Aut.az
