İngiltərəİspaniya

Yekunlaşdı: Gürcü qapıçı “Liverpul”da

“Valensiya”nın və Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili “Liverpul”un futbolçusu olacaq.

Aut.az xəbər verir ki, nüfuzlu insayder Fabrtsio Romanonun dediyinə görə, 23 yaşlı qolkiperin 35 milyon avroya transferi ilə bağlı sövdələşmə tam razılaşdırılıb və futbolçu bazar ertəsi İngiltərə klubunda tibbi müayinədən keçəcək.

Qeyd olunur ki, Mamardaşvili yalnız gələn yay “Liverpul”a keçəcək və cari mövsümü icarə əsasında “Valensiya”da keçirəcək.

Aut.az