Azərbaycan futbolu

Azərbaycanın U-23 millisinin baş məşqçisi məlum oldu

Azərbaycanın minifutbol üzrə U-23 millisinin baş məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığma komanda Rəcəb Fərəczadəyə tapşırılıb.

Mütəxəsis oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək.

Fərəczadənin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub.