Orxan Məmmədov FIFA-nın baş katibi ilə görüşdü
“Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura ilə görüşüb.
Aut.az xəbər verir ki, Zirə” – “Araz Naxçıvan” oyundan əvvəl FIFA-nın baş katibi ilə görüşən Orxan Məmmədov ona ”Zirə” PFK-nın simvolik forması təqdim edib.
“Zirə” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib.
