“Barselona”nın təklifini rədd etdi
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix “Barselona”nın təklifini rədd edib.
Aut.az xəbər verir ki, tərəflər danışıqlar masasına əyləşsələr də, müzakirələr uğurlu olmayıb. Bu barədə “Diario Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, anlaşılmazlıq müzakirələrin maliyyə tərəfi olub. Kimmix “Bayern”də təxminən illik 19,5 milyon avro maaş alır. Lakin kataloniyalılar ona bu qədər pul ödəyə bilmir.
Sabiq baş məşqçi Xavi almaniyalını “Barselona”da görmək istəyirdi. Gələcək çalışdırıcı Hans-Diter Flik də həmyerlisinin xidmətində maraqlıdır.
Qeyd edək ki, ötən mövsüm Coşua Kimmix 28 matçda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
