Azarkeşlər Ronaldoya belə etiraz etdilər – FOTO/VİDEO
“Real Valyadolid”in azarkeşləri La Liqanın 15-ci turunun “Atletiko” ilə oyunu başlamazdan əvvəl stadionda klubun sahibi və prezidenti Ronaldo Nazarioya etiraz ediblər.
Aut.az xəbər verir ki, fanatlar klub rəhbərliyindən narazıdırlar. Onlar nəticənin yaxşılaşdırılması üçün dəyişiklik tələb edirlər.
“Atletiko” ilə oyundan əvvəl azarkeşlər komanda meydana daxil olarkən üzərində “Ronaldo, evə gəl” yazılan 7000 plakat açıblar. Bundan əlavə, fanatlar tribunada tennisə bənzər oyun oynayıblar.
Əfsanəvi braziliyalı futbolçu klubun işlərindən çəkilməkdə, ona uzaqdan rəhbərlik etməkdə ittiham olunur. “Marca”nın məlumatına görə, ötən həftə “Valyadolid” “Xetafe” ilə qarşılaşanda (0:2) 48 yaşlı Ronaldo tennislə məşğul olub.
Qeyd edək ki, “Valyadolid” İspaniya çempionatının turnir cədvəlində sonuncu yerdədir.
Aut.az
