Şikayəti rədd edildi: “El klasiko”da olmayacaq
“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin cəzası ləğv edilməyib.
Aut.az xəbər verir ki, İspaniyanın AS internet nəşrinin məlumatına görə, alman məşqçi La Liqanın 10-cu turunda oktyabrın 26-da “Real”la keçiriləcək oyunu buraxacaq.
Mənbənin məlumatına görə, İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsi Flikin La Liqanın 9-cu turunda “Jirona” ilə oyunda (2:1) qırmızı vərəqə alması ilə bağlı kataloniyalıların verdiyi apelyasiya şikayətini rədd edib.
Aut.az
