İngiltərəİspaniya

“Barsa” Reşfordu ala bilər: “Mançester Siti”nin sayəsində

“Mançester Siti” “Portu”nun yarımmüdafiəçisi Niko Qonsalesi transfer edərsə, “Barselona” əlavə gəlir əldə edə bilər.

Aut.az xəbər verir ki, bunun sayəsində “Barsa”  “Mançester Yunayted”in oyunçusu Markus Reşfordu potensial olaraq transfer edə bilər. Bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, Kataloniya klubunun Qonsalesin gələcək satışlarının 40%-ni almaq hüququna malik olduğu üçün mümkündür. Müqavilənin bu şərtləri ispan yarımmüdafiəçinin 2023-cü ilin yayında “Blauqrana”dan “Porto”ya transferindən əvvəl bağlanıb. 23 yaşlı yarımmüdafiəçi “Barselona”nın yetirməsidir.

Nüfuzlu jurnalist Fabritsio Romano bildirib ki, “Mançester Siti” artıq Qonsaleslə bağlı Portuqaliya klubu ilə danışıqlara başlayıb. Onun alış qiyməti 60 milyon avrodur.

Daha əvvəl “Barselona”nın Raşfordu icarəyə götürmək üçün maaş fondunu boşaltmalı olduğu barədə məlumatlar var idi.

Aut.az