“Barsa” ilə “Siti” razılığa gələ bilmir
“Barselona” müdafiəçi Joao Kanselonun transferi ilə bağlı “Mançester Siti” ilə razılığa gələ bilmir.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat verib.
Mənbənin sözlərinə görə, Kataloniya klubu müdafiəçi üçün “Siti”nin tələb etdiyindən daha az təklif edir.
Kanselo ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır, lakin futbolçunun özü İtaliya çempionatını “Barselona”ya alternativ olaraq görür. Bildirilir ki, portuqaliyalının agenti “Milan” və “Yuventus”dan Kanselonu almaq istəyib-istəmədiklərini soruşub.
30 yaşlı futbolçu 2019-cu ilin avqustunda “Yuventus”dan “Mançester Siti”yə keçib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt Kanselonu 25 milyon avro dəyərində qiymətləndirir.
Aut.az
