Digər

Paris-2024: Ramazanova 39-cu oldu

Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayıb.

Aut.az xəbər verir kiki, dörd illiyin zirvə yarışında ölkəmiz adına siftəni kamandan oxatma növündə Yaylagül Ramazanova edib.

Sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb.

Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. 1/32 final görüşləri iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Paris-2024-də 48 idmançı ilə təmsil olunur.