Ferstappen Belçikada cərimələnəcək
“Formula 1”-in hazırkı çempionu, “Red Bull” pilotu Maks Ferstappen Belçika Qran Prisində cərimələnəcək.
Aut.az “Autosport”a istinadən xəbər verir ki, komanda sürücünün avtomobilindəki daxili yanma mühərrikini dəyişdirmək qərarına gəlib. Bu əvəzetmə mövsüm üçün icazə verilən elektrik stansiyası elementlərinin sayının həddən artıq xərclənməsinə gətirib çıxaracaq. Nəticədə Ferstappen start şəbəkəsində ən azı 10 mövqe itirəcək.
Belçika Qran Prisində ötmə asan olduğu üçün “Red Bull” bu dəyişikliyi indi etmək qərarına gəlib. Maksın özü də 2022-ci ildə 14-cü mövqedən başladığı zaman yarışda qalib gəlmək təcrübəsinə malikdir.
Aut.az
