Formula 1

Üçqat dünya çempionu qərarını açıqladı: Gələn mövsüm harada olacaq?

“Red Bull” komandasının pilotu Maks Ferstappen 2025-ci ildə “Mercedes”ə keçə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Aut.az xəbər verir ki, üçqat dünya çempionunun hələ komandanı dəyişmək fikrinin olmadığını bildirib.

“Ən əsası odur ki, hələ də rəqabətədavamlı avtomobilimiz var. Hər halda, F1-də belə olmur ki, siz qəfil nəyəsə qərar verib komandaya deyirsiniz: “uşaqlar, mən gedirəm”.

Mənim müqaviləm var. 2025-ci il mövsümünü “Red Bull”da keçirəcəyəm. Bu komandada xoşbəxtəm, biz artıq yeni avtomobil üzərində işləyirik”, – deyə Ferstappen bildirib.

2026-cı il mövsümündən etibarən F1-də hazırda “Red Bull”un dominantlıq etdiyi çempionatda güc balansını dəyişə biləcək yeni texniki reqlamentlər olacaq.

Aut.az