2025-ci il mövsümünün ən gözəl avtomobili – FOTO
Komandaların avtomobillərini 2025-ci il mövsümünün rənglərində nümayiş etdirdiyi böyük Formula 1 təqdimatından sonra F-1 böyük bir sorğu keçirib.
Aut.az xəbər verir ki, sorğu nəticəsində mövsümün ən gözəl avtomobili müəyyən edilib.
Azarkeşlər qərara gəliblər ki, ən gözəl avtomobil “Red Bull”un yeniyetmələrdən ibarət komandası olan “Reysinq Bulls”un avtomobilidir.
Komanda rebrendinq edib və rənglərini tamamilə dəyişib. Ən gözəl avtomobillər arasında sonrakı yerləri müvafiq olaraq “Ferrari”, “Maklaren”, “Uilyams” və “Sauber” maşınları tutub.

Aut.az
