Formula 1

Fred mənim sevgilim deyil – Qısqanmır

“Ferrari”nin sürücüsü Çarlz Lekler israr edir ki, “Skuderiya”ya keçən Lyuis Hemiltona görə komandanın rəhbəri Frederik Vassörə qarşı qısqanclıq hiss yoxdur.

“Qısqanclığın olduğunu düşünmürəm. Fred mənim sevgilim deyil! Biz bir-birimizi sevirik, qiymətləndiririk, amma qısqanclıq yoxdur.

Mən həmişə Lyuislə “Ferrari” arasında aparılan danışıqlardan xəbərdar idim, belə bir ehtimalın olduğunu bilirdim, hər şey çox şəffaf idi və belə güclü komanda yoldaşımın olmasının mənim üçün motivasiya olacağını öncə özüm söylədim. Bundan əlavə, mənim Lyuislə çox yaxşı münasibətim var və əminəm ki, bu, gələcəkdə də belə davam edəcək”, – “Motorsport” Leklerdən sitat gətirib.

Aut.az