Əfsanənin oğlu bu turnirdə yarışacaq
Keçmiş Formula 1 sürücüsü Mik Şumaxer 2026-cı ildən Amerika IndyCar yarış seriyasında yarışacaq.
Aut.az xəbər verir ki, bu barədə almaniyalı ilə müqavilə bağlayan “Rahal Letterman Lanigan Racing” (RLL) komandası məlumat verib.
Şumaxer 47 nömrə altında yarışacaq. Mik artıq bolidi İndianapolis trekində sınaqdan keçirib.
“Gələn il “Rahal Letterman Lanigan Racing” ilə bütün mövsüm üçün IndyCar-da iştirakımı təsdiqləməkdən məmnunam. F1 və uzun məsafə yarışlarında təcrübəm mənə birgə işimizin faydalı olacağına əminlik yaradır.
RLL sınaq zamanı əla hazırlıq göstərdi. İnanıram ki, biz birlikdə əhəmiyyətli uğurlar qazana bilərik”, – Şumaxer bildirib.
26 yaşlı Mik Şumaxer yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin oğludur. O, 2018-ci ildə Formula 3 üzrə Avropa çempionu və 2020-ci ildə Formula 2 çempionudur. O, “Haas”la Formula 1-də iki mövsüm keçirib.
Aut.az
