Yeni komandasındakı maaşı açıqlandı: 2 dəfə çox qazanacaq
Yeddiqat dünya çempionu Lyuis Hemiltonun “Ferrari”də nə qədər qazanacağı məlum olub.
Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Britaniyalı sürücü İtaliya komandasında mövsümə 100 milyon avro qazanacaq. Həmçinin bildirilir ki, məbləğ Hemiltonun “Mercedes”dəki illik qazancından 2 dəfə çoxdur.
Ötən gün Hemiltonun 2024-cü ilin sonunda “Mercedes”i tərk edəcəyi məlum olub.
Son “Formula 1” mövsümünün yekununda Lyuis 234 xal toplayaraq ümumi sıralamasda üçüncü yeri tutub. “Red Bull”dan Maks Ferstappen vaxtından əvvəl çempion olub.
