Ferstappen “Red Bull”u tərk edəcək, əgər…
Dördqat və hazırkı dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen yay fasiləsinə qədər sürücülər sıralamasında ikinci yerdən aşağı düşərsə, komandanı tərk etmək hüququna malikdir.
Aut.az xəbər verir ki, bu barədə “The Race” məlumat yayıb.
Daha əvvəl Maks Ferstappenlə “Mercedes” və “Aston Martin” kimi komandaların maraqlandığı bildirilirdi. Digər variant odur ki, Ferstappen yeni texniki reqlamentlərin tətbiqindən sonra sahədə güc balansını qiymətləndirmək üçün 2026-cı il mövsümünü buraxa bilər.
Dünya çempionatının beş turundan sonra bir qələbə qazanan Ferstappen şəxsi hesabda üçüncü yerdədir, ikinci yeri tutan Lando Norrisdən iki xal və “Maklaren”in digər sürücüsü, çempionatın yeni lideri Oskar Piastridən 12 xal geri qalır.
Aut.az
