Formula 1

Norris üçün xüsusi olaraq əfsanəvi “Plymouth Barracuda” hazırlandı – FOTO

“eBay Motors” şirkəti “McLaren” komandasının pilotu Lando Norris üçün xüsusi hazırlanmış unikal “Plymouth Barracuda”nı təqdim edib.

Aut.az xəbər verir ki, avtomobilin təqdimatı ABŞ Qran Prisi ərəfəsində baş tutacaq.

“Plymouth Barracuda” 1964-cü ildə təqdim edilib və 10 il ərzində ABŞ-da ən məşhur avtomobillərindən biri olaraq qalıb.

Avtomobil ənənəvi olaraq 380 at gücü inkişaf etdirən 7,2 litrlik V8 Magnum-a qədər güclü mühərriklərlə təchiz edilmişdir. Lando Norris üçün orijinal avtomobilin asqısı və əyləcləri dəyişdirilib, yeni təkərlər, həmçinin egzoz sistemi quraşdırılıb.

ABŞ Qran Prisi zamanı avtomobil “McLaren” fan zonasında nümayiş etdiriləcək. Azarkeşlər həmçinin səsvermədə iştirak etmək və avtomobilin fərdi bəzək elementlərini seçmək imkanı əldə edəcəklər.

Norris üçün xüsusi olaraq əfsanəvi “Plymouth Barracuda” hazırlandı – FOTO

Aut.az