Şumaxerin ailəsini necə şantaj ediblər?
Formula 1 əfsanəsi Mixael Şumaxerin qohumlarını şantaj etməkdə təqsirləndirilən iki nəfər sürücünün ailəsinin şəxsi fotolarına çıxış əldə edib.
Aut.az xəbər verir ki, bu barədə Almaniyanın Vuppertal şəhərinin prokurorluğu məlumat yayıb.
Şübhəlilərin (red – ata və oğul olduqları güman edilir) blef etmədiklərini sübut etmək üçün “şəxsi sənədləri” ailəyə təhvil verdikləri bildirilir.
Xatırladaq ki, Almaniya polisi bu il iyunun ortalarında iki nəfəri həbs edib. Hər ikisi məşhur pilotun ailəsini şantaj etməkdə və milyonlarla avro qoparmaqda şübhəli bilinir.
Mixael Şumaxer 2013-cü ilin dekabrında dağ-xizək kurortunda istirahət edərkən yıxılaraq başının daşa dəyməsi nəticəsində beyin zədəsi almışdı. O andan etibarən, Mayklın sağlamlıq vəziyyəti haqqında məlumat olduqca ölçülü dozalarda qəbul edilib.
Aut.az
